Ombudsman: İnnovasiyalar keyfiyyətcə yeni media mühitini formalaşdırmaqdadır


Son illər rəqəmsal texnologiyalara sürətli keçid, media mühitinin müasirləşməsi və bu qəbildən olan digər innovasiyalar keyfiyyətcə yeni media mühitini formalaşdırmaqdadır.

Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən İkinci Forumda açılış nitqində deyib.

O bildirib ki, hüquqi dövlət quruculuğunun əsas prinsiplərindən birini müstəqil medianın mövcudluğu, fikir, söz və mətbuat azadlığı təşkil edir. Media cəmiyyətin hüquqi maariflənməsində, baş verən proseslər barədə məlumatların operativ və obyektiv formada ictimaiyyətə çatdırılmasında, bununla da ictimai rəyin formalaşdırılmasında əhəmiyyətli rol oynayır və effektiv ictimai nəzarət vasitəsi kimi çıxış edir.

Səbinə Əliyeva dezinformasiya, nifrət nitqi, şəxsi həyatın toxunulmazlığına müdaxilə, rəqəmsal təqib, kiberzorakılıq, təhsildən yayındırma, zərərli sahələrə meyillilik, aqressiv davranışlara səbəb olma halları ilə bağlı riskləri xatırladıb. Vurğulayıb ki, media sahəsində fəaliyyət həm hüquqi, həm də etik çərçivələrlə tənzimlənməli, milli-mənəvi dəyərlər nəzərə alınmalı və ən əsası, bu fəaliyyətin həyata keçirilməsi insan hüquqlarına hörmət və riayət edilməsi prinsipləri ilə uzlaşdırılmalıdır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]