Premyer Liqa: XXXIII turun açılış oyununda “Turan Tovuz” “Zirə”nin qonağı olacaq

Futbol üzrə Misli Premyer Liqasının XXXIII turuna bu gün start veriləcək.

Açılış oyununda “Zirə” “Turan Tovuz”la üz-üzə gələcək.

Qarşılaşma saat 20:00-da start götürəcək. Avrokuboklara vəsiqəni əvvəlki turlarda təmin edən Bakı klubu 64 xalla ikinci pillədə qərarlaşıb. Tovuz təmsilçisi 49 xalla dördüncüdür.

Misli Premyer Liqası

IV dövrə, XXXIII tur

2 may

20:00. “Zirə” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Namiq Hüseynov, Əli Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Rüfər Əmirov.
Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, tura mayın 4-də yekun vurulacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]