Ərdoğan: İlin sonuna qədər zəlzələ bölgəsində inşa ediləcək evlərin sayı 453 minə çatacaq

İlin sonuna qədər zəlzələ bölgəsində inşa ediləcək evlərin sayı 453 minə çatacaq.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Kızılay”ın 105-ci toplantısında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu günə qədər artıq 201 min evin açarları sahiblərinə təqdim olunub:

“İlin sonuna qədər 252 min əlavə ev və iş yeri ilə bu rəqəmi 453 minə çatdıracağıq”.

R.T.Ərdoğan zəlzələ bölgəsindəki şəhərləri əvvəlkindən daha güclü, müasir və zəlzələyə davamlı edəcəklərini ifadə edib.

Qeyd edək ki, 2023-cü il fevralın 6-da mərkəzi Kahramanmaraş olmaqla Türkiyədə baş verən 7.7 və 7.6 bal gücündə dağıdıcı zəlzələ baş verib.

Zəlzələ nəticəsində 50 mindən çox insan təlafatı olub.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]