Spiker: Ermənistanda seçkilər bu həftə keçirilərsə, hakim partiya 50 %-dən çox səs toplayacaq

Ermənistanda parlament seçkiləri bu həftə keçirilərsə, hakim “Vətəndaş müqaviləsi” partiyası 50 %-dən çox səs toplayacaq.

Bu fikri ölkə parlamentinin sədri Alen Simonyan səsləndirib.

“Sorğular da göstərir ki, hakim partiya birinci yerdədir və əhali tərəfindən daha çox dəstəklənir… Əminəm ki, əgər seçkilər bu cümə günü keçirilərsə, “Vətəndaş müqaviləsi” 50 %+ səs toplayaraq qalib gələcək”, – A.Simonyan bildirib.

Onun sözlərinə görə, 2026-cı ildə keçiriləcək parlament seçkilərində hakim partiyaya dəstək böyük ehtimalla daha çox olacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]