Pezeşkian İranın nüvə razılaşmasına hazır olması barədə Trampın açıqlamalarını “sadəlövh” adlandırıb

İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampın Tehran və Vaşinqton arasında nüvə razılaşması ilə bağlı danışıqlarda irəliləyişin olması barədə açıqlamalarının “sadəlövh” olduğunu bildirib.

Pezeşkian bununla Trampın iki ölkənin “razılaşma əldə etməyə yaxın olması” barədə sözlərini təkzib edib.

O vurğulayıb ki, Tehran xarici təzyiq qarşısında geri çəkilməyəcək.

“Əgər o, regionumuza gələrək bizi təhdid edə biləcəyini, bizimsə öz prinsiplərimizdən imtina edəcəyimizi düşünürsə, sadəlövhdür. Biz heç vaxt ləyaqətimiz mövzusunda sövdələşməyəcəyik”, – prezident bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]