Məşhur UFC ulduzları Bakıya gələcək

Məşhur UFC ulduzları Bakıya gələcək.

UFC-nin Şöhrət zalının üzvü və orta çəkidə keçmiş çempionu Maykl Bispinq təşkilatın Azərbaycanda keçiriləcək ilk tarixi turniri çərçivəsində Bakıya gələcək.

Maykl Bispinq, Brendon Fitzcerald və Pol Felder iyunun 21-də “Baku Crystal Hall”da baş tutacaq UFC turnirinin rəsmi şərhçiləri olacaqlar.

Eyni zamanda, UFC dünyasının canlı əfsanəsi Brüs Baffer yarışın oktaqon aparıcısı olacaq.

Gecənin əsas qarşılaşması UFC-nin yarım ağır çəkidə keçmiş çempionu Camal Hill ilə titulun keçmiş iddiaçısı Xalil Rauntri arasında baş tutacaq. Maraqla gözlənilən döyüşlərdən biri isə Azərbaycan təmsilçisi Rafael Fizievlə İqnasio Baxamondes arasında yüngül çəkidə keçiriləcək.

“Report”

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]