Xidmət rəhbəri: Xəzər dənizinin səviyyəsi növbəti 10-15 ildə azalacaq

A VPN is an essential component of IT security, whether you’re just starting a business or are already up and running. Most business interactions and transactions happen online and VPN

Xəzər dənizində suyun səviyyəsinin azalması ən azı növbəti 10-15 il ərzində proqnozlaşdırılır.

Bunu ölkənin Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi üzrə Federal Xidmətinin (“Roshidromet”) rəhbəri İqor Şumakov Sankt-Peterburqda keçirilən XI Nevski Beynəlxalq Ekoloji Konqresində bildirib.

“İqlim dəyişikliyi üzrə hökumətlərarası ekspert qrupunun modellərinə əsaslanan proqnozlar göstərir ki, qlobal iqlim dəyişikliyi tendensiyaları davam edəcək. Bu o deməkdir ki, Xəzəryanı regionda növbəti 10-15 ildə ətraf mühitin təbii dəyişiklikləri hava temperaturunun artması, çay axınının azalması və müvafiq olaraq Xəzər dənizinin səviyyəsinin daha da aşağı düşməsi fonunda baş verəcək”, – o qeyd edib.

İ.Şumakovun sözlərinə görə, son illərdə tədqiqatçılar Xəzərin su səthində suyun temperaturunun artmasını və buxarlanmanın çoxalmasını qeydə alırlar. O, Xəzər dənizinin səviyyəsinin azalması dövründə uyğunlaşma tədbirləri kompleksinin qəbul edilməsinin zəruriliyini bildirib. İ.Şumakov Xəzərin qorunması üzrə tədbirlərin həyata keçirilməsində bütün Xəzəryanı dövlətlərin fəal işinin vacibliyini vurğulayıb.(“Report”)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]