Aİ Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində 20 bankın SWIFT-dən çıxarılmasını nəzərdən keçirir

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində 20-dən çox bankın SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılmasını nəzərdən keçirir.

Bu barədə “Bloomberg” anonim mənbələrə istinadən məlumat yayıb.

“Ukraynaya qarşı müharibəni dayandırmaq üçün Moskvaya təzyiqi artırmağa yönəlmiş yeni sanksiyalar çərçivəsində Aİ həm də Rusiya neftinin qiymətinin yuxarı həddinin aşağı salınması və “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərinə qadağa qoyulması imkanlarını nəzərdən keçirir”, – məlumatda deyilir.

Mənbələr bildiriblər ki, Avropa Komissiyası bu tədbirlərlə bağlı Aİ-yə üzv dövlətlərlə məsləhətləşmələr aparır.

Onların sözlərinə görə, mümkün məhdudiyyətlərin vaxtı ilə bağlı qərar hələ qəbul edilməyib. Aİ sanksiyaları bütün üzv dövlətlərin təsdiqini tələb edir və rəsmi təklif edilənə və qəbul edilənə qədər dəyişdirilə bilərlər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]