Kelloq Rusiya ilə Ukrayna arasında əsir mübadiləsini İstanbul danışıqlarının əsas uğuru adlandırıb

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Keyt Kelloq Rusiya ilə Ukrayna arasında mayın 23-də baş tutmuş əsir mübadiləsini İstanbul danışıqlarının ən müsbət nəticəsi adlandırıb.

O, bu barədə “X” sosial şəbəkəsində yazıb.

“Ukrayna və Rusiya arasında keçən həftə İstanbulda baş tutmuş texniki danışıqların ən müsbət nəticəsi hər tərəfdən planlaşdırılmış şəkildə 1000 hərbi əsirin geri qaytarılması olub ki, artıq 400-dən çox əsirin geri qayıdışı baş tutub”, – o yazıb.

Kelloq bu nəticənin əldə edilməsində Ukraynanın müdafiə naziri Rustem Umerovun mühüm töhfəsini də qeyd edib.

“Bizə atəşkəs lazımdır – qətllər dayandırılmalıdır”, – Kelloq əlavə edib.

Xatırladaq ki, mayın 23-də Tramp Rusiya və Ukrayna arasında genişmiqyaslı məhbus mübadiləsi barədə razılığa gəlindiyini açıqlayıb. Bundan bir müddət sonra isə Ukrayna Prezidenti Volodimir Zelenski mübadilənin ilk günü ərzində 390 nəfərin Ukraynaya qayıtdığını bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]