Türkiyə Ukrayna üzrə danışıqlara ev sahibliyi etməyə hazırdır

Türkiyə xarici işlər naziri Hakan Fidan Moskvada keçirilən danışıqlarda Ukrayna üzrə danışıqların yeni mərhələsinə ev sahibliyi etməyə və münaqişənin həllinə hər cür dəstək göstərməyə hazır olduqlarını təsdiqləyib.

Bu barədə “Hürriyet” qəzeti yazıb.

Türkiyə XİN başçısı rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə Moskvada iki günlük səfərdədir. O, ötən gün İstanbulda mayın 16-da keçirilən Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən prezidentin köməkçisi Vladimir Medinski ilə görüşüb. H.Fidanı həmçinin Rusiya Prezidenti Vladimir Putin qəbul edib.

“Hürriyet” qeyd edib ki, danışıqlarda digər vacib mövzu Suriyadakı vəziyyətdir. “Ankara Rusiyanın Suriyanın siyasi və ərazi bütövlüyünü dəstəkləməyə davam etməsini istəyir”, – nəşr vurğulayıb.

Türkiyə XİN başçısının Moskvadakı görüşlərinin gündəliyində həmçinin ikitərəfli münasibətlər də var.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]