Şahbaz Şərif: Azərbaycan bu gün beynəlxalq müstəvidə böyük önəmə sahibdir

Azərbaycan bu gün beynəlxalq müstəvidə böyük önəmə sahib ölkədir.

Bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşündə danışıb.

O çıxışında Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

“Bu gün qardaş və dostlarımla bir məkanda olmaqdan böyük şərəf duyuram. Laçında birgə dalğalanan Azərbaycan, Türkiyə, Pakistan bayraqlarını görmək insanın içini qürur hissi ilə doldurur. Biz tərəfdaşlığımızı daha da irəli daşımaq arzusundayıq. Çünki bizim birgə dəyərlərə əsaslanan dərin tarixi əlaqələrimiz var. Qarabağ, Kəşmir və Şimali Kiprlə bağlı biz birgə mövqedən çıxış edirik”, – o qeyd edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]