Tramp: Çin ABŞ ilə qarşılıqlı rüsumların azaldılması haqqında sazişi tamamilə pozub

Çin ABŞ-nin yüksək rüsumları tətbiq etməsindən sonra Çin iqtisadiyyatını iflasdan xilas etmək üçün bağlanmış ticarət sazişini pozub.

Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

“Çin ağır iqtisadi vəziyyətdə idi. Mənim tətbiq etdiyim rüsumlar onun dünyanın ən böyük bazarı olan ABŞ ilə ticarət etmək imkanını əlindən alıb”, – o qeyd edib.

D.Trampın sözlərinə görə, məhdudiyyətlər Çində fabriklərin kütləvi bağlanmasına və “vətəndaş iğtişaşlarına” səbəb olub. ABŞ Prezidenti iddia edib ki, bu böhranın dərinləşməsinin qarşısını almaq üçün Pekinlə təcili sövdələşmə bağlayıb.

“Bu sövdələşmə sayəsində hər şey tez sabitləşdi və Çin normal həyata qayıtdı. Hamı xoşbəxt idi! Bu yaxşı xəbərdir. Pis xəbər isə odur ki, Çin, indi sazişi tamamilə pozub”, – o qeyd edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]