[center][img]https://azadmedia.az/uploads/posts/2025-06/1748859557_7eaf0367-9221-3e8d-bb72-cb6ec9db9752_850.jpeg[/img][/center]
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət edib.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Ərdoğan Türkiyə və Azərbaycanın Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Azərbaycanla Türkiyə arasındakı əlaqələr hər sahədə olduğu kimi, enerji sahəsində də güclü və qətiyyətlə davam edir”.
Prezident Türkiyə və Azərbaycanın enerji sahəsində bir çox uğurlara imza atdığını qeyd edib: “Son illərdə baş verən qlobal geosiyasi proseslər Türkiyə-Azərbaycan əməkdaşlığının enerji təhlükəsizliyi baxımından əhəmiyyətini bir daha vurğulayıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəməri kimi infrastruktur sərmayələri təkcə Türkiyə və Azərbaycana yox, həm də regionun və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verməkdə davam edir”.
Türkiyə lideri İğdır-Naxçıvan boru kəmərini enerji əməkdaşlığının ən yeni nümunəsi adlandırıb.










