Vətən müharibəsi zamanı zərər çəkmiş mülki şəxs: Məqsəd azərbaycanlıları məhv etmək idi

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində zərərçəkmiş şəxs Şamama Quliyeva ifadəsində Ağdam rayonunun Bənövşələr qəsəbəsində 2020-ci il oktyabrın 19-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin açdığı artilleriya atəşi nəticəsində özünün, qızı Maya Quliyevanın və hərbi jurnalist Anar Şuşalının (Anar Həsənov, həmin vaxt AZTV-də çalışıb – red.) yaralandığını deyib.

O, hadisə zamanı evinə də zərər dəydiyini bildirib.

Şamama Quliyeva ifadə verərkən üzünü təqsirləndirilən şəxslərə tutaraq deyib: “Müharibəni mülki şəxslərlə qarşı apararlar? Qocaları, körpələri öldürmək müharibə deyil. Sizin məqsədiniz azərbaycanlıları məhv etmək idi”.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi iyunun 5-də davam etdiriləcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]