Nadir Qafarzadədən Vəfa Şərifova ilə bağlı İLGİNC ADDIM

Müğənni Nadir Qafarzadə bir müddət əvvəl tənqid etdiyi həmkarı Vəfa Şərifova ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

İfaçı toylardan birində onunla birgə səhnə aldığını və səsini bəyəndiyini deyib:

“Ötən gün Xaldanda bir toyda Vəfa Şərifova da iştirak edirdi. Vəfanın orada oxumasına şahid oldum. Və dedim ki, niyə də olmasın? Yaxşı ifadırsa, canlı oxuyursa, buna dəstək olmaq lazımdır. Dünən pis nəyinsə şahidi olmadım”.

N.Qafarzadə V.Şərifova ilə toyda oxuduğu anları da sosial media hesabında yayımlayıb. Lakin o, daha sonra paylaşımlarını silib.

Qeyd edək ki, bir müddət əvvəl müğənnilər Şəbnəm Tovuzlu və Vəfa Şərifova arasında “Cənnətimsən” mahnısı üstündə qalmaqal yaşanmışdı. Qafarzadə buna münasibət bildirərək ifaçıların oxuduğu mahnını Azərbaycan musiqisi üçün utancverici adlandırmışdı. (Axşam.az)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]