Azərbaycanda uşaqların TikTok-a girişi QADAĞAN edilə bilər

Azərbaycanda uşaqların TikTok sosial şəbəkəsinə girişi qadağan edilə bilər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov Bakıda keçirilən dəyirmi masada bildirib, bəzi ölkələrdə bu platformaya giriş artıq qadağan olunub və Azərbaycan da bu istiqamətdə addım atmalıdır. 

Elgün Səfərovun sözlərinə görə, ölkədə uşaqların 75 faizi hər gün internetdən istifadə edir, 45 faizdən çoxu isə gündə 5 saatdan artıq onlayn olur. Respondentlərin 67 faizi isə valideynlərin uşaqlara internet istifadəsində heç bir məhdudiyyət qoymadığını bildirib.

Komitə rəsmisi bu vəziyyətin uşaqları zərərli informasiyalar və hətta insan alveri riskləri ilə üz-üzə qoyduğunu deyib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]