Azərbaycan-Özbəkistan iqtisadi tərəfdaşlığının gücləndirilməsi müzakirə olunacaq

Azərbaycan və Özbəkistan arasında iqtisadi əlaqələrin gücləndirilməsi IV Daşkənd İnvestisiya Forumunda müzakirə olunacaq.

Forumun üçüncü günündə – iyunun 11-də “Azərbaycan – Özbəkistan: iqtisadi tərəfdaşlıq vektoru” mövzusunda panel sessiyası keçiriləcək.

“Tədbirdə hər iki ölkənin hökumət rəsmiləri və biznes liderləri ikitərəfli ticarətin gücləndirilməsi, birgə investisiya layihələrinin təşviqi və energetika, nəqliyyat, kənd təsərrüfatı, sənaye və rəqəmsal texnologiyalar kimi sektorlarda əməkdaşlığın araşdırılması üçün bir araya gələcək. Forumda həmçinin Orta Dəhliz daxil olmaqla əlaqələrin qurulması üzrə regional təşəbbüslər işıqlandırılacaq və davamlı iqtisadi əməkdaşlıq üçün yeni imkanlar təqdim ediləcək”, – forumun saytında qeyd olunub.

Tədbirdə Azərbaycandan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və başqaları çıxış edəcəklər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]