Azərbaycan HHQ komandanı Özbəkistana səfər edib

A VPN is an essential component of IT security, whether you’re just starting a business or are already up and running. Most business interactions and transactions happen online and VPN

Azərbaycanın müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Axmad Burxanovun dəvəti ilə Özbəkistana səfər edib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə Daşkənddə yerləşən Heydər Əliyev park-meydanında Ulu Öndərin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülərək Ümummilli Liderin xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib.

General-leytenant Namiq İslamzadə Özbəkistanın müdafiə naziri general-mayor Şuhrat Xalmuxamedov və özbək həmkarı general-mayor A.Burxanov ilə görüşüb.

Keçirilən görüşlərdə hər iki ölkə arasında hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, Azərbaycanın Özbəkistanla hərbi aviasiya və hava hücumundan müdafiə sahəsində təcrübə mübadiləsinin inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin əhəmiyyəti və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti, həmçinin “Çirçik” aerodromu və hərbi hissələrdən birini ziyarət edib, müəssisələrin fəaliyyəti və orada yaradılmış şəraitlə tanış olub.

Sonda qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub, suallar cavablandırılıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]