İsrail Hərbi Dəniz Qüvvələrinin saxladığı “Madleen” gəmisi Aşdod limanına yaxınlaşır

İsrail Hərbi Dəniz Qüvvələrinin ötən gecə saxladığı “Madleen” gəmisi yaxın saatlarda Aşdod limanına çatacaq.

Bu barədə “Times of Israel” məlumat yayıb.

Məlumata görə, Qəzza zolağına daxil olmağa cəhd edən fəallar daha sonra deportasiya olunmaq üçün polis orqanlarına təhvil veriləcək.

“Qreta Tunberqi və digər “məşhurları” daşıyan “selfie yaxtası” İsrail limanına doğru səyahətini davam etdirir. Gəldikdən sonra onların öz ölkələrinə qayıtması üçün müvafiq tədbirlər görüləcək”, – İsrail Xarici İşlər Nazirliyi hadisə ilə bağlı açıqlamasında bildirib.

Qeyd edək ki, İsrail hərbçiləri ötən gecə Misirdən Qəzza zolağına humanitar yardım aparan “Madleen” gəmisini saxlayıb. Gəminin göyərtəsində ekoaktivist Qreta Tunberq də olub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]