Təhsil tələbə krediti üçün edilən 57 minə yaxın müraciət rəsmiləşdirilib

Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondunun təhsil tələbə kreditləri (TTK) üzrə 10 iyun tarixinə olan göstəricilərinə əsasən, indiyədək 70 minə qədər müraciətdən 57 minə yaxını rəsmiləşdirilərək gənclərin təhsilə çıxışı təmin olunub.

Bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə sosial hesabında paylaşım edib.

“Həmin kreditlərin 35%-i sosial, 65%-i isə standart TTK üzrədir. Qızların ümumi rəsmiləşdirilmiş kreditlər üzrə 62%-lik paya sahib olması, eyni zamanda sosial həssas qrupların təhsilə əlçatanlığının təmin edilməsi dövlətin təhsildə əhatəlilik prinsipinə sadiqliyini bir daha nümayiş etdirir”, – paylaşımda qeyd edilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]