“Qarabağ” klubu dünya reytinqində irəliləyib

“Qarabağ” klubu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı dünya reytinqində beş pillə irəliləyib.

Azərbaycan çempionu 144,75 xalla 119-cu sıradadır.

“Zirə” (95,75 xal) 233-cü mövqedən 232-yə qalxıb. “Sabah” komandası 50 pillə irəliləyib. Ölkə kubokunun qalibi 76 xalla 317-ci olub.

“Araz-Naxçıvan” isə 61,25 xalla 446-cıdır. Naxçıvan təmsilçisi əvvəlki reytinqdə 454-cü idi.

Qeyd edək ki, birinci pillədə İspaniya təmsilçisi “Real” (470 xal) qərarlaşıb. “Barselona” (434 xal) ikinci, İtaliyanın “İnter” klubu (419) üçüncüdür.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]