KİV: İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarını vura bilər


İran İsrailin hərəkətlərinə cavab olaraq Yaxın Şərqdəki ABŞ hərbi bazalarını vura bilər.

Bu barədə “Fars” agentliyinə İranın hərbi rəhbərliyinə yaxın mənbə bildirib.

Mənbələr bildirirlər ki, İran İsrail ərazisinə zərbələr endirməyə davam edəcək və bunun nəticələri çox ağrılı olacaq və İsraili etdiklərinə görə peşman edəcək.

Həmçinin qeyd edilir ki, İranın İsrailə qarşı əməliyyatının növbəti mərhələsi ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirməsi ola bilər.

“Yaxın günlərdə müharibə İsrailin işğal etdiyi bütün ərazilərə və regiondakı Amerika bazalarına yayılacaq və təcavüzkarlar İranın qəti və genişmiqyaslı cavab zərbəsinin hədəfinə çevriləcək”, – agentliyin mənbəsi söyləyib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]