Ərdoğan: Kahramanmaraşdakı “Azərbaycan məhəlləsi”ndə 49 min 56 iş və yaşayış yeri inşa olunub


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda Azərbaycanın dəstəyi ilə inşa edilən “Azərbaycan məhəlləsi” barədə paylaşım edib.

Prezident “X” sosial media hesabında etdiyi paylaşımda zəlzələ bölgəsində salınan məhəllədəki mənzillər və digər infrastruktur barədə məlumat verib.

Onun sözlərinə görə, məhəllədə 49 min 56 iş və yaşayış yeri inşa olunub.

Ərdoğan qeyd edib ki, bununla da zəlzələdən sonra təhvil verilən mənzil sayı 250 minə çatıb.

Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə mərkəzi Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə dağıdıcı zəlzələlər baş verib. Zəlzələ nəticəsində 50 mindən çox insan həyatını itirib, 100 mindən çox adam isə müxtəlif bədən xəsarətləri alıb. Fəlakət zamanı ümumilikdə 38 min 901 bina dağılıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]