KİV: ABŞ İranın Fordodakı nüvə obyektinə zərbələr endirə bilər

ABŞ İsrailin İrana qarşı hərbi əməliyyatlarına qoşulsa, İranın Fordodakı uranın yeraltı zənginləşdirilməsi obyektinə bir yox, bir neçə dəfə zərbə endirə bilər.

Bu barədə “ABC News” mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, ABŞ Prezidenti Donald Tramp İranın Fordo nüvə obyektini sıradan çıxarmaq fikrilə razılaşıb. Qeyd olunur ki, Vaşinqton hələ də Tehrandan İslam Respublikasının nüvə proqramı ilə bağlı danışıqları davam etdirmək təklifinə cavab almayıb və Tramp tərəfdarlarının İrana hücum qərarına necə reaksiya verəcəyini anlamağa çalışır.

Amerika lideri daha əvvəl bəyan edib ki, Fordodakı obyektə zərbə endirmə ehtimalı ilə bağlı hələ yekun qərar qəbul etməyib.

Mətbuatın hesablamalarına görə, yalnız ABŞ-də Fordo obyektini məhv edə biləcək ağır bomba var. O, təxminən 90 metr dərinlikdə yerləşir. Amerikanın “Axios” portalı daha əvvəl məlumat verib ki, ABŞ bunker əleyhinə bombalarını İsrailə ötürmək imkanını nəzərdən keçirir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]