Azərbaycanın vaxtilə Ermənistanın işğal etdiyi ərazilərində qanunsuz məskunlaşma aparılması məhkəmədə sübut olunub

İyunun 21-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma aparılması sübut olunub.

Qondarma rejimin “rəhbəri olmuş” təqsirləndirilən şəxs Bako Sahakyan prokurorun suallarına cavabında Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərinə əsasən Suriya və Livan vətəndaşlarının, habelə digər ölkələrdən bəzi vətəndaşların gətirilərək məskunlaşdırıldığını bildirib.

B.Sahakyan söyləyib ki, bu işlərlə qondarma qurumun “sosial müdafiə nazirliyi” məşğul olub. “Bu layihə bizim üçün strateji əhəmiyyətli idi. Çünki birinci müharibədən sonra əhalinin sayı kəskin şəkildə azalmışdı”, – deyə o əlavə edib.

Təqsirləndirilən şəxs layihənin uğurla başa çatmadığını da bildirib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]