Ərdoğan: Türkiyə nüvə mübahisəsi üzrə danışıqlara yardım etməyə hazırdır – YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın xarici işlər naziri Abbas Əraqçiyə nüvə mübahisəsi üzrə texniki danışıqlara kömək etməyə hazır olduğunu bildirib.

Bu barədə onun dəftərxanasından bildirilib.

O həmçinin ABŞ və İran liderlərinin görüşünə yardım etməyə hazır olduğunu vurğulayıb.

“Türkiyə Prezidenti bəyan edib ki, region yeni bir müharibəyə yol verə bilməz. İsrail dərhal dayandırılmalıdır və nüvə mübahisəsinin həlli yolu danışıqlardan keçir. Türkiyə vasitəçilik də daxil olmaqla öz töhfəsini verməyə hazırdır. İranla ABŞ arasında texniki danışıqlar və lider səviyyəsində danışıqlar vasitəsilə diplomatiyaya gətirib çıxaracaq addımlar mümkün qədər tez atılmalıdır. Türkiyə bu məsələdə dəstəyini davam etdirəcək”, – məlumatda deyilir.

17:42
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İranın xarici işlər naziri Abbas Əraqçini qəbul edib.

Bu barədə məlumatı GDH yayıb.

Bildirilib ki, tərəflər regiondakı vəziyyəti müzakirə ediblər.

Xatırladaq ki, iyunun 21-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası keçirilib. Toplantıda İsrail-İran müharibəsi müzakirə olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]