Azərbaycanda bayram günlərində mənşə sertifikatı verilməsi davam etdiriləcək

Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sahibkarlıq subyektlərinə müraciət edib.

İxrac olunan malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsi və belə ekspertizaların nəticələrinə uyğun olaraq malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsində fasiləsizliyin təmin edilməsi məqsədilə Dövlət Agentliyi (yalnız Bakı KOB Evində göstərilən xidmətlər üzrə) və onun regional bölmələri (https://competition.gov.az/az/page/haqqimizda/regional-bolmeler), eləcə də Agentliyin tabeliyində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC və regional bölmələri (https://www.ekspertiza.az/az/haqqimizda/regional-bolmeler) qeyri-iş günlərində – 26 və 27 iyun tarixlərində fəaliyyət göstərəcək.

Standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqi haqqında sertifikatların əldə olunması ilə bağlı müraciətlərin qəbulu və sertifikatın verilməsi xidmətləri isə 27 iyunda həyata keçiriləcək.

Qeyd edilən tarixlərdə sahibkarlar, iş günlərində olduğu kimi, müvafiq xidmətlərdən yararlanmaq üçün aidiyyəti üzrə müraciət edə bilərlər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]