İsrail Müdafiə Ordusu İranın nüvə təhlükəsinin aradan qaldırıldığını bəyan edib

İranın nüvə təhlükəsi aradan qaldırılıb, İsrail ordusunun əməliyyatı bu layihələrin inkişafını uzun müddətlik geri salıb.

Bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Avihay Adrai deyib.

“Əməliyyatın əsas məqsədi İsrail Dövləti üçün həm İranın nüvə layihəsi, həm də raket proqramı tərəfindən təqdim edilən nüvə təhlükəsini və ekzistensial təhlükəni aradan qaldırmaq idi. Bizim qiymətləndirməmizə görə, bu proqramların inkişafını uzun müddətlik geri sala bildik”, – A.Adrai qeyd edib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, İsrail ordusu ölkənin siyasi rəhbərliyi tərəfindən qarşıya qoyulan bütün vəzifələri yerinə yetirib.

İranın ali lideri, ayətullah Əli Xamenei daha əvvəl 12 günlük münaqişənin yekunları üzrə Tehranın Tel-Əviv üzərində qələbəsini elan edib, İran xalqını İsrail üzərində qələbə münasibətilə təbrik edib.

İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Kermanpur bildirib ki, İsrailin İran ərazisinə hücumları nəticəsində 620-dən çox insan ölüb, 4 870 nəfər xəsarət alıb. Öz növbəsində İsrail isə 20-dən çox ölən və 1 470-dən çox yaralanan barədə məlumat yayıb.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]