Emin Əmrullayev: “Azərbaycan millisi ölkə qadın basketbolu tarixində ilkə imza atdı”

18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının B divizionunun ilk oyununda əzmkar qələbə qazanaraq ölkə qadın basketbolu tarixində ilkə imza atıb.

Bu barədə Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev şəxsi feysbuk hesabında yazıb.

ABF rəhbəri tarixi qalibiyyət münasibəti ilə yığmanı təbrik edib: “Sizə afərin, sizə əhsən. Böyük qələbələrimiz hələ irəlidədir. Uğurlar”.

Qeyd edək ki, Azərbaycan millisi ötən gün Bosniya və Herseqovina seçməsini 83:81 hesabı ilə üstələyib. Komanda qrupda növbəti oyunu bu gün, Bakı vaxtı ilə saat 21:30-da Ukrayna seçməsinə qarşı keçirəcək.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]