Neft “OPEC+” səkkizliyinin hasilatla bağlı qərarından sonra ucuzlaşıb

Dünya bazarında neft “OPEC+”un 8 ölkəsinin görüşündən sonra ucuzlaşır.

Bunu ticarət məlumatları sübut edir.

Bununla yanaşı, görüşdə avqust ayında neft hasilatının maksimum səviyyəsinin artırılması barədə qərar qəbul edilib.

Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,44 % azalaraq 1 barel üçün 68 ABŞ dolları, WTI markalı neftin avqust fyuçerslərinin qiyməti isə 0,36 % azalaraq 66,26 ABŞ dolları təşkil edib.

“OPEC+”un 8 ölkəsi – Rusiya, Səudiyyə Ərəbistanı, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman avqust ayında neft hasilatının maksimum səviyyəsini gündəlik 548 min barel artıracaqlar.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]