III Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə gəlib

III Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuli şəhərinə gəliblər.

Göyərtəsində qonaqların olduğu təyyarə Füzuli Beynəlxalq Hava Limanına eniş edib.

Qeyd edək ki, 52 ölkədən 140-a yaxın xarici iştirakçının qatılacağı builki Forum “Rəqəmsal keçidlər: süni intellekt dövründə informasiya və kütləvi informasiya vasitələrinin dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunacaq və iyulun 21-dək davam edəcək.

İştirakçılar arasında 30-dan çox ölkənin aparıcı informasiya agentliklərinin, 7 beynəlxalq təşkilatın, həmçinin təxminən 80 müxtəlif media qurumunun nümayəndələri var.

Forum media sahəsində qlobal çağırışların müzakirəsi, təcrübə mübadiləsi, yeni peşəkar əlaqələrin qurulması və informasiya əməkdaşlığı sahəsində birgə təşəbbüslərin hazırlanması üçün mühüm platforma olacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]