Ərdoğan Zəngəzur dəhlizi haqqında: Konsensus yolu ilə bu məsələni həll edə bilərik

Zəngəzur dəhlizinin açılması ticarəti canlandıracaq konsensus yolu ilə bu məsələ həll edilə bilər.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprdən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Zəngəzur dəhlizi təkcə Azərbaycan, Ermənistan və Türkiyəyə deyil, bölgədəki digər ölkələrə də fayda verəcək.

“Biz bu yola geoiqtisadi ölçülərinə görə həlledici məsələ kimi baxırıq. Belə ki, bu dəhliz bölgəmizin regiondan kənardakı əraziləri də birləşdirəcək və ticarəti canlandıracaq. Bizim əsas gözləntimiz ondan ibarətdir ki, bu yol münaqişə mənbəyinə deyil, konsensusun simvoluna çevrilsin”,- Türkiyə Prezidenti əlavə edib.

R.T.Ərdoğan vurğulayıb ki, bununla da region əməkdaşlığın üstünlük təşkil etdiyi çiçəklənən məkana çevrilmə imkanı qazanar:

“İnanıram ki, biz region ölkələri olaraq konsensus yolu ilə bu məsələni həll edə bilərik. Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzura böyük önəm verir. O, boru kəmərini mümkün qədər tez tikmək və ondan həm Azərbaycan, həm də region üçün istifadə etmək istəyir. İnanıram ki, biz bu məsələni birlikdə həll edəcəyik”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]