Banqkok Kamboca ilə münaqişənin sülh yolu ilə həllini vacib hesab edir

Tailand Kamboca ilə sərhəddəki münaqişənin sülh yolu ilə həllində israr edir.

Bu barədə EFE agentliyi Tailandın xarici işlər naziri Maris Sanqiamponqsanın sözlərinə istinadən xəbər verir.

“Tailand mübahisələri beynəlxalq hüquq normalarına uyğun olaraq sülh yolu ilə həll etməyə hazır olduğunu təsdiqləyir”, – o bildirib.

Ötən gün Tailandın sərhəd komandanlığı Kamboca ilə sərhəddə yerləşən Çanthaburi və Trat əyalətlərinin səkkiz bölgəsində hərbi vəziyyət elan edib.

Son məlumatlara görə, qarşıdurma nəticəsində Tailandda 13-ü mülki şəxs, 6-sı hərbçi olmaqla 19 nəfər, Kambocada isə 13 nəfər, o cümlədən 8 mülki şəxs və 5 hərbçi həlak olub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]