Tailand Kambocanı atəşkəsi pozmaqda ittiham edib

Tailand Ordusu Kambocanı atəşkəsi pozmaqda ittiham edib.

Bu barədə AFP agentliyi Tailand Ordusunun nümayəndəsinə istinadən məlumat yayıb.

“Atəşkəs elan edildikdən sonra Fu Makua bölgəsində Kamboca tərəfinin yaratdığı iğtişaşlar barədə xəbərlər daxil olub və bu, iki tərəf arasında bu səhərə qədər davam edən atışma ilə nəticələndi”, – AFP ordunun sözçüsü Riç Suksuvanondan sitat gətirib.

Bundan əvvəl Malayziyanın baş naziri Ənvər İbrahim Kuala-Lumpurda Tailandın baş naziri vəzifəsini icra edən Phumtham Veçayaçay ilə Kambocanın baş naziri Xun Manet arasında keçirilən danışıqların yekunu olaraq Asiya ölkələri arasında barışıq elan edib. Tailand və Kamboca arasındakı sərhəd bölgəsində atəşkəs 5 günlük hərbi toqquşmalardan sonra iyulun 28-də bazar ertəsi qüvvəyə minib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]