Hesablama Palatası: ARDNF-in valyuta bölgüsündə tarazlaşdırma aparılmayıb

2024-cü ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində valyutalar üzrə bölgüdə müəyyən kənarlaşmalar qeydə alınıb.

Bu barədə Hesablama Palatasının ARDNF-in 2024-cü il büdcəsinin icrasına dair rəyində qeyd olunub.

Sənəddə deyilir ki, Fondun investisiya portfelində valyutalar üzrə bölgüdə 2024-cü il üçün təsdiq edilmiş İnvestisiya Siyasətinin tələblərindən müəyyən kənarlaşmalar müşahidə edilsə də, “Dövlət Neft Fondunun investisiya portfelinin aktivlər və valyutalar üzrə bölgüləri nisbətinin tarazlaşdırılması prosedurları barədə Təlimat”ın 4.3-cü bəndinə əsasən, 2025-ci il üzrə İnvestisiya Siyasətində nəzərdə tutulmuş dəyişikliklər kontekstində valyutalar üzrə bölgünün tarazlaşdırılması prosedurları həyata keçirilməyib.

2024-cü ilin sonuna ARDNF-nin investisiya portfelində ən böyük pay ABŞ dollarının payına düşüb və bu göstərici 45,9 % təşkil edib.

Halbuki, 2023-cü ildə bu rəqəm 55,5 % olub. Avronun portfeldəki payı ötən il 21,2 % olduğu halda, 2024-cü ildə cüzi azalaraq 21,1 %-ə düşüb. İngilis funt sterlinqinin xüsusi çəkisi isə 5,3 %-dən 4,9 %-ə dəyişib.

Bununla yanaşı, qızılın portfeldəki çəkisində əhəmiyyətli artım qeydə alınıb, 2023-cü ildə 12 % olan bu göstərici 2024-cü ildə 20,6 %-ə yüksəlib. Digər valyutaların ümumi çəkisi də 6 %-dən 7,5 %-ə qədər artıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]