Rusiyanın Kiyevə raket zərbəsi nəticəsində bir nəfər ölüb, onlarla yaralı var

Rusiyanın Kiyevə endirdiyi raket zərbəsi nəticəsində 43 nəfər yaralanıb, bir nəfər həlak olub.

Bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko bildirib.

Qeyd olunur ki, zərbənin nəticələri bir neçə rayonda müşahidə olunur, evlər zədələnib.

Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 26 nəfər paytaxtın tibb müəssisələrinə yerləşdirilib, həlak olan qadının cəsədi dağıntılar altından çıxarılıb.

Qurumdan bildirib ki, yaralananlar arasında çağırışa gedən üç polis əməkdaşı da var.

“Zərbələrdən biri yaşayış binasına düşüb. Binann bir girişi tamamilə dağıdılıb”, – məlumatda deyilir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]