Bozumbayev: AZAL təyyarəsinin qəzası ilə bağlı yekun hesabat bir neçə aydan sonra hazır olacaq

Aktau yaxınlığında “Azerbaijan Airlines”a (AZAL) məxsus təyyarənin qəzası ilə bağlı yekun hesabat bir neçə aydan sonra hazır olacaq.

Bu barədə Qazaxıstan KİV-i ölkənin baş nazirinin müavini Kanat Bozumbayevə istinadən məlumat yayıb.

Təhlil mərhələsi başa çatır, yekun hesabatın hazırlanmasına keçid edilir. Aktau yaxınlığında təyyarə qəzasının araşdırılması ilə bağlı yekun hesabat bir neçə aydan sonra hazır olacaq”, – o qeyd edib.

Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]