Tramp: Əgər İran nüvə potensialını bərpa etməyə çalışsa, ABŞ geri qayıdacaq

 
ABŞ prezidenti Donald Tramp deyib ki, Tehran nüvə potensialını bərpa etməyə çalışarsa, ABŞ İranı yenidən vura bilər.

Bu barədə o, Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

“Yaxşı, biz İranın nüvə silahı əldə etməsinin qarşısını alaraq Yaxın Şərqdə müharibələri dayandırdıq”, – Tramp qeyd edib.

“Onlar hər şeyə yenidən başlayacaqlarını söyləyə bilərlər, lakin bu, onlar üçün çox təhlükəli bir addım olardı, çünki biz geri dönəcəyik. Onlar başlayan kimi biz geri qayıdacağıq. Məncə, onlar bunu başa düşürlər”, – ABŞ prezidenti yekunlaşdırıb.

Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ Silahlı Qüvvələri İranın üç nüvə obyektinə (Fordo, Natanz və İsfahanda) hücum edib. İyunun 23-ü axşam saatlarında Tehran ABŞ-ın Yaxın Şərqdəki ən böyük aviabazasına, Qətərdəki Əl Udeyd aviabazasına raket zərbəsi endirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]