Paşinyan: Bu gün Ermənistan-Azərbaycan münasibətlərində mühüm irəliləyiş əldə etmişik

Bu gün biz Ermənistanla Azərbaycan arasında münasibətlərdə mühüm irəliləyiş əldə etmişik.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda ABŞ və Azərbaycan liderləri ilə birgə bəyanatla çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu gün Ermənistanla Azərbaycan arasında daha yaxşı tarixin təməli qoyulur: “Bu dönüş nöqtəsi Prezident Trampın şəxsi iştirakı və onun regionumuzda sülhün bərqərar olmasına qətiyyətli sadiqliyi olmadan mümkün olmazdı”.

Paşinyan vurğulayıb ki, bugünkü bəyannamələrin imzalanması Cənubi Qafqazda sülh, təhlükəsizlik, firavanlıq və iqtisadi əməkdaşlıq səhifəsi açıldığına inam və təminat verir.

O, Trampa Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanmasında nəticə əldə etmək üçün göstərdiyi vasitəçilik səylərinə görə təşəkkür edib: “Bu, ölkələrimiz, region və dünya üçün uğurdur”.

“Hesab edirəm ki, Prezident Tramp Nobel Sülh Mükafatına layiqdir. Biz bu fikrimizi qoruyacaq və bu istiqamətdə səylər göstərəcəyik. Hər şey göz qabağındadır. Bugünkü hadisə də buna sübutdur”, – Paşinyan əlavə edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]