Xəzəryanı ölkələrin sammiti 2026-cı ildə Tehranda keçiriləcək

Xəzəryanı dövlətlərin sammiti 2026-cı ilin avqustunda Tehranda keçiriləcək.

Bu barədə İranın Türkmənistandakı səfiri Əli Mojtaba Ruzbehani bildirib.

“Məmnuniyyətlə bildirirəm ki, İran İslam Respublikası 2026-cı ilin avqustunda 7-ci Xəzəryanı dövlətlər sammitinə ev sahibliyi edəcək. Ümid edirik ki, Beynəlxalq Xəzər Dənizi Günündə və Tehran Konvensiyasının qüvvəyə minməsinin 20-ci ildönümündə Tehranda Xəzəryanı dövlətlərin prezidentlərini qürurla qəbul edəcəyik”, – deyə o bildirib.

Ruzbehani əlavə edib ki, İran həmçinin 2025-ci ildə Xəzər dənizi sahilyanı əyalətlərinin qubernatorlarının ilk beynəlxalq görüşünü keçirmək niyyətindədir. Onun sözlərinə görə, bu görüşün keçirilməsinin məqsədi Xəzəryanı əyalətlərin rəhbərliyi səviyyəsində dialoq, təcrübə mübadiləsi və qarşılıqlı əlaqə üçün davamlı platforma təmin etmək, əyalətlərin potensialından istifadə etməklə iqtisadi və regional diplomatiyanı gücləndirmək, Xəzər dənizi hövzəsinin qonşu əyalətləri arasında sərhədyanı əməkdaşlıq imkanlarını müəyyən etmək, həmçinin birgə layihələri həyata keçirməkdir.

“Görüşün dəvətnaməsi və proqramı yaxın vaxtlarda bütün Xəzəryanı ölkələrə göndəriləcək”, – deyə diplomat dəqiqləşdirib.(Report)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]