Gürcüstan prezidenti TBMM sədri ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla görüşüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə məlumatı ölkənin Prezident Administrasiyası yayıb.

Məlumata görə, təkbətək formatda keçirilən görüşdə tərəflər Gürcüstan və Türkiyə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərini, eləcə də müxtəlif sahələrdə əlaqələrin dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.

Prezident Kavelaşvili Türkiyənin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkürünü bildirib. O, iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasının keçirilməsində maraqlı olduqlarını vurğulayıb.

Görüşdə Cənubi Qafqazdakı vəziyyət də diqqət mərkəzində olub. Gürcüstan Prezidenti bildirib ki, ölkəsi regionda “dinc yanaşı yaşama” prinsipini dəstəkləyir və sülhün, konstruktiv əməkdaşlığın təşviqi prosesinə hər zaman töhfə verməyə hazırdır. O, Azərbaycan və Ermənistanın davamlı sülhə doğru atdığı addımları alqışlayaraq bunun regional sabitliyə mühüm töhfə verəcəyini qeyd edib.

Tərəflər, həmçinin Rusiya-Ukrayna münaqişəsini təhlükəsizlik çağırışları kontekstində müzakirə ediblər. Mixeil Kavelaşvili Gürcüstan və Türkiyə arasında həyata keçirilən regional və strateji layihələrin səmərəli əməkdaşlığın, davamlı inkişafın və etibarlı tərəfdaşlığın nümunəsi olduğunu vurğulayıb.

Qeyd edək ki, Gürcüstan prezidenti həyat yoldaşı ilə birlikdə Türkiyədə rəsmi səfərdədir. Səfər çərçivəsində o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək və geniş tərkibdə görüşlər keçirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]