Britaniya Ukraynada yaradılacaq sülhməramlı missiyanın formatını və vəzifələrini dəyişib

Böyük Britaniya hərbçiləri Rusiya ilə müharibənin aktiv fazası başa çatdıqdan sonra Ukraynada fəaliyyətə başlayacaq sülhməramlı missiyanın formatı və vəzifələrində dəyişişiklik ediblər.

Bu barədə “The Times” nəşri yazır.

Belə ki, Böyük Britaniya ordusunun komandanlığı Ukraynanın limanlarını və şəhərlərini qorumaq üçün 30 min nəfərlik kontingent yaratmaq ideyasından imtina edib. Bunun əvəzinə Qərbi Ukraynanın hava məkanının təhlükəsizliyinin təmin edilməsi, Ukrayna hərbçilərinin hazırlanmasına dəstək göstərilməsi və Qara dənizdə minatəmizləmə işlərini əhatə edən daha “real missiya” təklif olunur.

Ukraynanın hava məkanında patrul xidmətinə “Typhoon” və ya “F-35” qırıcılarının cəlb edilməsi nəzərdə tutulur.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]