Krım körpüsündə planlaşdırılan partlayışın qarşısı alınıb

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Krım körpüsündə partlayışın qarşısını alıblar.

Bu barədə Rusiya FTX məlumat yayıb.

Məlumata görə, partlayıcı qurğu “Chevrolet Volt” markalı avtomobildə gizlədilib, avtomobil Ukraynadan Rusiyaya tranzit yolu ilə gətirilib.

Avtomobilin Rusiya-Gürcüstan sərhədininjn “Yuxarı Lars” buraxılış məntəqəsindən keçdiyi deyilir.

Qeyd edilib ki, Kuban vilayətində maşın Krıma aparılmaq üçün sürücüyə təhvil verilməli imiş.

“Ukraynanın maşını kamikadze kimi istifadə etməyi planlaşdırdığı” qeyd olunub.

Partlayıcı qurğu zərərsizləşdirilib.

Partlayıcı yüklü maşını Rusiyaya gətirən şəxslər saxlanılıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]