Hadrutda İnfrastruktur binası tikiləcək

Xocavənd rayonunun Hadrut qəsəbəsində infrastruktur binasının tikintisi və çoxmənzilli yaşayış binalarının təmiri nəzərdə tutulur.

Bununla bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti açıq tender elan edib.

Tenderdə iştirak haqqı 1 000 manatdır.

İddiaçılar təkliflərini sentyabrın 18-nə qədər Xidmətə təqdim edə bilərlər. Təkliflərə sentyabrın 18-də, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.

Layihənin ehtimal olunan qiyməti 4,631 milyon manatdır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]