İlham Əliyev “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidentini qəbul edib – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Koheni qəbul edib.

Söhbət zamanı dövlət başçısı ilə Cared Kohenin bu ilin yanvarında Davosda görüşü məmnunluqla xatırlanıb.

Ölkə ilə “The Goldman Sachs Group Inc.” şirkəti arasında 2010-cu ildən səmərəli əməkdaşlığın qurulduğu qeyd edilərək Azərbaycan Respublikası Dövlət Neft Fondunun bu şirkətlə uğurlu tərəfdaşlığından məmnunluq bildirilib.

Görüşdə avqustun 8-də Vaşinqtonda ABŞ Prezidentinin dəstəyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması baxımından əldə olunmuş nailiyyətlərin önəminə toxunulub və bu nəticələrin regionun hərtərəfli inkişafı üçün geniş imkanlar yaratdığı vurğulanıb.

Söhbət zamanı Azərbaycanla şirkət arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “The Goldman Sachs Group Inc.” 1869-cu ildə təsis edilib. İnvestisiya və istehlak bankçılığı, qiymətli kağızlar, aktivlərin idarə edilməsi sahələrində xidmətlər təqdim edən aparıcı qlobal maliyyə institutu hazırda 40-dan çox ölkədə fəaliyyət göstərir. Mənzil-qərargahı Nyu-York şəhərində yerləşən şirkət 2,8 trilyon ABŞ dolları dəyərində aktivləri idarə edir.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Koheni qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

İlham Əliyev “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidentini qəbul edib - YENİLƏNİB

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]