TDT Əqli Mülkiyyət Qurumlarının Rəhbərlərinin ikinci görüşü Azərbaycanda olacaq

Türk Dövlətləri Təşkilatı (TDT) Əqli Mülkiyyət Qurumlarının Rəhbərlərinin ikinci görüşü Azərbaycanda keçiriləcək.

Bu barədə Bişkek şəhərində TDT-yə üzv dövlətlərinin Əqli Mülkiyyət Qurumlarının Rəhbərlərinin ilk görüşündə qərar qəbul olunub.

Bildirilib ki, tədbirdə TDT, Azərbaycan, Qazaxıstan, Qırğız, Özbəkistan və Türkiyə nümayəndələri iştirak ediblər.

Görüş zamanı müzakirə edilən əsas məsələlərdən biri Türk Dövlətləri Əqli Mülkiyyət Təşkilatının yaradılması təşəbbüsü olub.

Tədbirin sonunda Əqli Mülkiyyət Qurumlarının Rəhbərlərinin Birinci Görüşünün Birgə Bəyannaməsi qəbul edilib. Bəyannamədə tərəflər əqli mülkiyyətin qorunması və təşviqi sahəsində əməkdaşlığın gücləndirilməsi əzmini təsdiq ediblər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]