Pakistan Hindistanın xəbərdarlığı fonunda ən azı 150 min nəfəri təxliyə edib

Pakistan Hindistanın sərhəddəki bənddən artıq suyu buraxmağı planlaşdırması ilə əlaqədar baş verə biləcək daşqın qurbanlarının qarşısını almaq məqsədilə ən azı 150 min nəfəri təxliyə edib.

Bu barədə “Reuters” informasiya agentliyi məlumat yayıb.

Qeyd olunub ki, təxliyə daşqın təhlükəsi olan çaylar boyunca yerləşən əraziləri əhatə edib.

“Pakistan daşqın təhlükəsi olan çaylar boyunca yerləşən ərazilərdən ən azı 150 min nəfəri təxliyə edib. Artıq suyun buraxılması Pakistanın Pəncab əyalətinin bir hissəsinin su altında qalması təhlükəsi yaradır, bu əyalət ölkənin əsas kənd təsərrüfatı mərkəzidir və onun ərzaq ehtiyatının böyük hissəsini təmin edir”, – agentlik vurğulayır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]