İlham Əliyev moldovalı həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev moldovalı həmkarı Maya Sanduya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli xanım Prezident,

Moldova Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Biz Azərbaycan ilə Moldova arasında ənənəvi dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk.

Əminəm ki, ölkələrimizin və xalqlarımızın mənafeləri naminə birgə səylərimizlə Azərbaycan-Moldova əlaqələrinin mövcud potensialından daha səmərəli istifadə olunmasına, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran fəaliyyətimizin daha da inkişafına nail ola bilərik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Moldova xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]