ABŞ-nin Bakıdakı Səfirliyi işçi AXTARIR

ABŞ-nin Bakıdakı Səfirliyi yeni vakansiya elan edib.

Səfirliyin məlumatına görə, təhlükəsizlik sistemləri üzrə mexanik vakansiyası açıqdır.

Bu vəzifəyə təhlükəsizlik sistemlərinin quraşdırılması, yoxlanılması, texniki xidməti və fövqəladə təmirini həyata keçirmək işi daxildir.

Tələblərə görə, orta məktəb + texniki təhsil (texnik/elektrikçi/mexanik) vacibdir.

Ən azı 3 il praktiki təcrübə (elektrik/mexaniki/CCTV quraşdırma və təmir sahəsində), ingilis, Azərbaycan və rus dillərində yaxşı bilmək də şərtdir.

Etibarlı sürücülük vəsiqəsi və səfərlərə hazır olmaq tələb olunur.

Maraqlanan və tələblərə cavab verən namizədlər ERA vasitəsilə müraciət edə bilərlər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]