HƏMAS: Razılaşma çərçivəsində bütün girovları azad etməyə hazırıq

Fələstinin HƏMAS hərəkatı İsraillə anklavda hərbi əməliyyatların tamamilə dayandırılmasını nəzərdə tutan hərtərəfli saziş çərçivəsində Qəzza zolağında saxlanılan bütün girovları azad etməyə hazır olduğunu açıqlayıb.

Bu barədə bəyanat radikalların teleqram kanalında yayılıb.

“HƏMAS təsdiq edir ki, o, razılaşdırılmış sayda fələstinli məhbus müqabilində bütün girovları azad edəcək hərtərəfli razılaşmanın həyata keçirilməsinə hazırdır. Bu razılaşma həmçinin Qəzzada müharibənin dayandırılmasını və İsrail qoşunlarının oradan çıxarılmasını da əhatə etməlidir”, – məlumatda deyilir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]